Ukrayna Afrika və Asiyaya ərzaq məhsulları ixrac edəcək.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenlə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında Almaniya paytaxtında əldə edilən razılaşmada deyilir.
Tərəflər görüş zamanı, həmçinin Ukraynaya yeni silahların tədarükünü də müzakirə ediblər.
“Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemini vermənin vaxtı çatıb. Amma onlardan istifadə qaydalarını öyrətmək üçün ən azı iki-üç ay vaxt lazımdır”, – Blinken bildirib.