10 C
Baku
Thursday, December 12, 2024

Ukrayna Almaniya ilə silah müqaviləsi imzaladı 

Ukrayna hökuməti Almaniyanın “Diehl Defence” şirkəti ilə hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı müqavilə imzalayıb.

Bu barədə Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik məlumat verib.

Diplomat bildirib ki, IRIS-T SL adlı sistemlərin alınması üçün imzalanan müqavilənin dəyəri 178 milyon avro təşkil edir. Bu vəsait Almaniya hökuməti tərəfindən veriləcək.

Sistemlərin tezliklə Ukraynaya təhvil veriləcəyi bildirilir.

 

 

Son xəbərlər
Digər xəbərlər