5 C
Baku
Wednesday, February 21, 2024

Ukrayna ASEAN-ın təsis sənədinə qoşulub

Ukrayna Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) təsis sənədinə – Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq Müqaviləsinə qoşulub.

Bunu jurnalistlərə Kamboca Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Kunq Phoak deyib.

“Ukrayna Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq Müqaviləsinin 50-ci iştirakçısı olub”, – Kamboca Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib. ASEAN və onun dialoq üzrə tərəfdaşları arasında münasibətləri tənzimləyən sənədi Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ASEAN ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə imzalayıb.

Noyabrın 8-dən 13-dək ASEAN-ın 40-cı və 41-ci sammitləri və bununla əlaqədar konfranslar Kambocanın paytaxtında keçirilir. Çin Xalq Respublikasının Dövlət Şurasının başçısı Li Ketsyan, Hindistanın baş naziri Narendra Modi, Yaponiyanın hökumət başçısı Fumio Kisida, Cənubi Koreya prezidenti Yun Sok-Yol və ABŞ prezidenti Cozef Bayden tədbirlərdə iştirak etmək üçün artıq Pnompenə gəliblər və ya yaxın günlərdə gələcəklər.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası 1967-ci ildə yaradılıb və bu gün Cənub-Şərqi Asiyanın on ölkəsini – Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippini birləşdirir.

Son xəbərlər
Digər xəbərlər