11 C
Baku
Wednesday, December 11, 2024

Ukrayna Azərbaycanla əməkdaşlığı təhlükəsizlik strategiyasına daxil edib

Ukrayna regional təhlükəsizliyin gücləndirilməsi üçün bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirəcək.

Bu barədə ölkə prezidenti Vladimir Zelenski tərəfindən təsdiq edilmiş “Ukraynanın milli təhlükəsizlik strategiyası Haqqında” sənəddə deyilir.

“Öz milli maraqlarını qorumaq və Ukraynanın regional təhlükəsizliyini gücləndirmək üçün Azərbaycan Respublikası, Gürcüstan, Litva Respublikası, Polşa Respublikası, Türkiyə Respublikası ilə strateji tərəfdaşlıq inkişaf etdirilməlidir”, – sənəddə deyilir.

Sənəddə vurğulanır ki, “dövlətin xarici siyasəti ilk növbədə müstəqilliyin və dövlət suverenliyinin təmin edilməsinə, Ukraynanın ərazi bütövlüyünün bərpasına yönəldilib”.

Ukraynanın milli təhlükəsizlik strategiyası və müdafiəsi ölkə Prezidentinin tapşırığı ilə hazırlanıb. O, milli təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir.

Son xəbərlər
Digər xəbərlər