25 C
Baku
Saturday, July 27, 2024

Ukrayna Belarusla dəmir yolu əlaqəsini kəsib

“Hazırda Belarus və Ukrayna arasında dəmir yolu əlaqəsi yoxdur”.

Bunu “Ukrzaliznitsa” (“Ukrayna Dəmir Yolu”) ASC-nin idarə heyətinin rəhbəri Aleksandr Kamışin bildirib.

O, Belarus dəmiryolçularına müraciət edərək Rusiya texnikası ilə Ukraynaya doğru qatar sürməmək çağırışı edib.

Belarus Nəqliyyat Nazirliyi Rusiyanın Ukraynaya hərbi hücumu fonunda fevralın 24-də Ukrayna ilə yük dəmir yolu əlaqəsinin dayandırıldığını bildirib. Koronavirus pandemiyası səbəbindən ölkələr arasında sərnişin dəmir yolu əlaqəsi dayandırılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər