10 C
Baku
Wednesday, December 11, 2024

Ukrayna: Borispolun meri sakinləri şəhəri tərk etməyə çağırıb

Ukraynanın Borispol şəhərinin meri Vladimir Borisenko sakinləri şəhəri tərk etməyə çağırıb.

Bu barədə o, feysbuk səhifəsindəki videomüraciətində bildirib.

Mer qeyd edib ki, bu həm şəhər sakinlərinə, həm də işğal olunmuş ərazilərdən, hərbi əməliyyatların aparıldığı ərazilərdən gələnlərə aiddir.

“Mülki əhaliyə müraciət edib deyirəm ki, mümkünsə şəhəri tərk edin. İmkanı olmayanları çıxaracağıq, imkanı olanlar öz avtomobilləri ilə tərk edə bilər”, – Borisenko deyib.

O qeyd edib ki, Borispoldan Ukraynanın qərb vilayətlərinə təxliyə hər gün həyata keçirilir.

“Təcrübənin göstərdiyi kimi, hazırda döyüşlərin getdiyi şəhərdə mülki əhali nə qədər az olarsa, Silahlı Qüvvələrin işi bir o qədər asan olur. Ona görə də gəlin bunu belə edək. İndi şəhərdə olmağa ehtiyac yoxdur. Artıq ətrafda döyüşlər gedir”, – o, şəhərdə olanları nəzərdə tutaraq deyib.

 

 

Son xəbərlər
Digər xəbərlər