7 C
Baku
Monday, February 6, 2023

Ukrayna daha 5 yaşayış məntəqəsini işğaldan azad etdilər

Ukrayna silahlı qüvvələri Xerson vilayətində daha 5 yaşayış məntəqəsini işğaldan azad edib.

Bu barədə Ukraynanın Cənub Əməliyyat Komandanlığı məlumat yayıb və qeyd edib ki, Ukraynanın cənub bölgəsində vəziyyət gərgindir, lakin nəzarət altındadır.

Məlumata görə, işğalçılar cəbhə xəttində və yeni işğaldan azad edilmiş ərazilərdə, 17 yaşayış məntəqəsi ətrafında intensiv şəkildə hava kəşfiyyatı aparırlar. Cənub Komandanlığı Ukrayna mövqelərinin atəşə tutulmasının davam etdiyini söyləyib.

“Bizim bölmələrimiz Berislav vilayətinin Novovasilivka, Novohrihorivka, Novaya Kamianka, Trifonivka və Çervon rayonlarını azad etməyə müvəffəq olub”, – deyə bildirilib.

Son xəbərlər
Digər xəbərlər
X