2 C
Baku
Saturday, December 14, 2024

Ukrayna dövlət borcu üzrə 2024-cü ilə qədər möhlət alıb

Avrobondların sahibləri – Ukraynanın kreditorları ölkənin borc üzrə ödənişlərini 2024-cü ilə qədər dondurmağa razılaşıblar. Ukraynanın xarici borcunun 75%-i onların payına düşür. Bu barədə məlumat Ukrayna Maliyyə Nazirliyinin saytında dərc olunub.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Bloomberg”in verdiyi məlumata görə, Ukraynanın xarici borcu 19.6 milyard dollardır, ödənişlərin dondurulması qərarı Kiyevə 2024-cü ilə qədər borc xidmətində ödənilməli olan 5.8 milyard dollara qənaət etməyə imkan verəcək.

Volodimir Zelenskinin iqtisadi müşaviri Oleq Ustenkonun sözlərinə görə, Ukraynanın büdcə kəsiri ayda 5 milyard dollara yaxındır.

Son xəbərlər
Digər xəbərlər