17 C
Baku
Thursday, May 2, 2024

Ukrayna Dünya Bankından 130 mln. dollardan çox kredit alıb

Ukrayna kənd təsərrüfatının dəstəklənməsi üçün Dünya Bankından (DB) 132 milyon ABŞ dolları kredit alıb.

Bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, kredit vəsaitləri “Kənd təsərrüfatına özəl investisiyaların sürətləndirilməsi” proqramı layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticələrinə əsasən Ukraynanın dövlət büdcəsinin ümumi fonduna daxil olub.

Bu vəsait qida sənayesində vəziyyəti yaxşılaşdırmaq və Ukraynada ərzaq təhlükəsizliyini təmin etmək üçün istifadə olunacaq.

Bundan əvvəl Ukrayna Maliyyə Nazirliyi dövlət qulluqçularının və müəllimlərin maaşlarının ödənilməsi üçün Dünya Bankından təxminən 190 milyon avro aldığını açıqlamışdı.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər