7 C
Baku
Sunday, December 15, 2024

Ukrayna Fransadan 100 milyon avro kredit alıb

Ukrayna Fransadan güzəştli şərtlərlə 100 milyon avro həcmində kredit əldə edib.

Bu barədə Ukrayna Maliyyə Nazirliyi “Twitter“də yazıb.

Məlumata görə, əldə olunan vəsait birinci dərəcəli xərclərin, o cümlədən sosial və humanitar xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin ümumi fonduna yönəldilib.

Həmçinin qeyd olunub ki, Ukraynaya kredit Fransa İnkişaf Agentliyi tərəfindən ayrılıb.

Bununla da, Fransa hökumətinin bu ilin fevralın 24-dən indiyə qədər Ukraynaya 432 milyon dollar ayırdığı vurğulanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər