22 C
Baku
Monday, May 27, 2024

“Ukrayna Krım körpüsündə baş verən hadisənin sifarişçisi deyil” – Zelenski

“Ukrayna Krım körpüsündə baş verən hadisənin sifarişçisi deyil”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kanadanın “CTV” telekanalına müsahibəsində deyib.

“Bildiyim qədərilə, biz dəqiq olaraq bunu sifariş etməmişik”, – deyə Zelenski söyləyib.

Qeyd edək ki, Krım körpüsündə partlayış oktyabrın 8-də səhər saatlarında baş verib. Partlayış zamanı 4 nəfər ölüb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə isə, partlayışın hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib. Həmin şəxslərdən bir neçəsi artıq həbs olunub. Müəyyən edilən şəxslərin 5-i Rusiya, 3-ü Ukrayna və 1-i Ermənistan vətəndaşlarıdır.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər