21 C
Baku
Tuesday, May 21, 2024

Ukrayna limanlarından ərzaq daşıyan daha 6 gəmi yola salınacaq

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi ümumilikdə 87 min 442 ton ərzaq daşıyacaq daha altı gəminin Ukrayna limanlarından yola salınmasına icazə verib.

Mərkəz “İrmqard” və “Yeni Levant” quru yük gəmilərinin Odessadan yola düşəcəyini qeyd edib.

Hər ikisi 27.5 min və 7 min 179 ton buğda ilə Türkiyəyə üz tutacaq.

Yujnı limanından 5.8 min ton günəbaxan yağı olan “Vitis” gəmiləri İtaliyaya, “Ocmis Adventure” isə 4862 ton qarğıdalı ilə Türkiyəyə yola düşəcək.

“Oris Princess” quru yük gəmiləri İsrailə gedəcək 4510 ton günəbaxan ununu, “Queen Sara” isə Misirə gedəcək 11091 ton qarğıdalını çatdırmaq üçün Çornomorsk limanını tərk edəcək.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər