21 C
Baku
Tuesday, May 21, 2024

Ukrayna limanlarından 21 mln. tondan çox ərzaq ixrac edilib

“Taxıl sazişi” qüvvəyə mindiyi gündən Ukrayna limanlarından 21 milyon 43 min 307 ton kənd təsərrüfatı məhsulları ixrac edilib. Bu barədə BMT-nin məlumatlarında bildirilir.

Birləşmiş Millətlər Təşkilatı qeyd edib ki, Ukrayna limanlarından göndərilən məhsullar arasında qarğıdalı 47%, buğda 29%, günəbaxan yağı və unun hər biri 5%, digər yüklər isə 14% təşkil edib.

Mallar Çin (4,2 milyon ton), İspaniya (3,8 milyon), Türkiyə (2,4 milyon), Niderland (1,2 milyon) və Misirə (724,7 min ton) ixrac edilib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər