5 C
Baku
Friday, February 23, 2024

Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb

Ukrayna Milli Bankı (Mərkəzi Bank) pul-kredit siyasətinin yumşaldılması kursunun davam etdirilməsi çərçivəsində uçot dərəcəsini daha 0,5 faiz bəndi azaldılaraq 12,5%-ə endirib.

Rusiya mətbuatına istinadən, bu qərar sabahdan qüvvəyə minəcək.

Bu, son 1 ayda Ukraynada uçot dərəcəsinin ikinci dəfə azaldılmasıdır. 2015-ci ilin mart-avqust aylarında isə Ukraynada uçot dərəcəsi 30% təşkil edib və tarixi maksimuma çatıb.

Milli Bankın məlumatında bildirilib ki, uçot dərəcələrinin azaldılması 2017-2018-ci illərdə inflyasiya hədəfinə nail olmaq zərurəti əsasında həyata keçirilir. Qeyd edək ki, aprel ayında Ukraynada inflyasiya illik müqayisədə 12,2% təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər