25 C
Baku
Saturday, July 27, 2024

Ukrayna MDB-nin gömrük sazişindən çıxır

Ukrayna Ali Radası MDB ölkələri arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişdən çıxmaq haqqında qanun qəbul edib.

Bu barədə Ukrayna hökumətinin saytında məlumat yayılıb.

Müvafiq qanun layihəsi Ukrayna Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edilib ki, qanun layihəsi Ukraynanın beynəlxalq müqavilələrinin təhlilinin nəticələrinə əsasən hazırlanıb və bu ölkənin Prezidentinin fərmanına uyğun olaraq həyata keçirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər