23 C
Baku
Saturday, April 20, 2024

Ukrayna Milli Bankı 10 min avrodan çox vəsaitin ixracını qadağan etdi

Ukrayna Milli Bankı ölkədən dəyəri 10 min avrodan çox olan xarici valyutanın sərbəst ixracı üçün verdiyi icazənin ləğv edildiyini açıqlayıb.

“Milli Bank vətəndaşların 10 min avrodan (ekvivalent) çox olan valyuta dəyərlərinin Ukraynadan kənarda hərəkəti zamanı təsdiqedici sənədlərin təqdim edilməsi tələbini geri qaytarıb”, – deyə mesajda bildirilir.

Qeyd olunduğu kimi, bu cür məbləğlərlə sərhədi keçənlər öz hesablarından nağd pul çıxarılması və ya bank metallarının alınması ilə bağlı sənədlər təqdim etməli olacaqlar.

Ukrayna Milli Bankının Ukraynadan valyuta dəyərlərinin sərbəst ixracına dair icazəsi martın 4-dən qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər