“Ötən sutka ərzində Ukrayna ordusu düşmən qüvvələrini Kiyevdən uzaqlaşdırmağa nail olub”.
Bu barədə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi məlumat verib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri Kiyevdən 25-35 km şərqdə geri çəkilib.
“Rusiya qüvvələri Kiyevin mərkəzindən şərqdə təqribən 55 km məsafədədir ki, bu da dünənki məsafə ilə müqayisədə 25-35 km çoxdur”, – deyə rəsmi bildirib.
Onun sözlərinə görə, Kiyevin mərkəzinin şimal-qərbində Rusiya qüvvələri səngər qazaraq müdafiə mövqeləri qurur. İndi Rusiya hərbçiləri Kiyevin mərkəzindən 15-20 kilometrdədir.
“Biz onların Kiyev ətrafında qazıntılar apardıqlarını və (Ukraynanın-red) şərq hissəsində daha çox hücum etməyə çalışdıqlarını görürük”, – o deyib.