6 C
Baku
Sunday, December 15, 2024

Ukrayna Prezidenti Rusiya ilə sülh üçün mümkün şəhərin adını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin Baş naziri Naftali Bennetə sülhə nail olmaq üçün yollar tapmaq səylərinə görə minnətdarlıq edib.

Ukrayna lideri bu barədə növbəti müraciətində İsrailin hökumət başçısına təşəkkür edib.

“Baş nazir cənab Bennet Rusiya ilə danışıqlar yolu tapmağa çalışır və biz gec-tez Rusiya ilə danışmağa başlamaq üçün hər səyə görə minnətdarıq”, – dövlət başçısı bazar günündən bazar ertəsinə keçən gecə videomüraciətində bildirib.

“Ola bilsin Qüdsdə. Bu, mümkündürsə, sülh tapmaq üçün doğru yerdir”, – Zelenski əlavə edib.

Ukrayna rəhbəri bazar günü İsrail Knessetində çıxışını xatırladıb. O, qeyd edib ki, İsrailin öz maraqları, vətəndaşlarını qorumaq strategiyası var: “Bunu hamımız anlayırıq”.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

Son xəbərlər
Digər xəbərlər