16 C
Baku
Thursday, April 18, 2024

Ukrayna Prezidenti səfirlərin geri çağırılmasının səbəbini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə səfirin geri çağırılmasının səbəbini açıqlayıb.

Bu barədə o, ukraynalılara bugünkü videomüraciətində deyib.

“Mən bu gün Ukraynanın bəzi səfirlərinin geri çağırılması ilə bağlı fərmanlar imzaladım. Bu rotasiya məsələsidir və diplomatik praktikanın ümumi hissəsidir. Çexiya, Almaniya, Macarıstan, Norveç və Hindistana Ukraynanın yeni nümayəndələri təyin olunacaqlar”-deyə, o bildirib.

O qeyd edib ki, Ukrayna Xarici İşlər Nazirliyinin xətti ilə yeni namizədlər hazırlanır.

Son xəbərlər
Digər xəbərlər