4 C
Baku
Friday, February 23, 2024

Ukrayna Rusiya ilə nüvə təhlükəsizliyi sahəsində iki müqaviləyə xitam verdiyini açıqlayıb

Ukrayna Rusiya ilə nüvə təhlükəsizliyi sahəsində iki müqaviləyə xitam verib.

Bu barədə Ukrayna Dövlət Nüvə Tənzimləmə Müfəttişliyi məlumat yayıb.

“Rusiya Federasiyasının hərbi təcavüzü ilə bağlı Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi ölkələr arasında nüvə təhlükəsizliyi sahəsində əməkdaşlığa dair beynəlxalq müqavilələrə xitam verir. Müvafiq əmri 2022-ci il iyunun 24-də Ukraynanın Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Baş Dövlət Müfəttişi səlahiyyətləri icra edən Oleq Korikov imzalayıb”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, sözügedən sənədlər 1996-cı il sentyabrın 19-da Avstriyanın paytaxtı Vyanada imzalanmış əməkdaşlıq müqaviləsi və 2002-ci il avqustun 14-də Rusiyanın paytaxtı Moskvada imzalanmış informasiya mübadiləsi və əməkdaşlıq müqaviləsidir.

 

 

Son xəbərlər
Digər xəbərlər