Ukrayna Rusiyanın soyqırım konvensiyasını pozması ilə əlaqədar BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə memorandum təqdim edib.
Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviter hesabında yazıb.
“Ukrayna Beynəlxalq Ədalət Məhkəməsinə memorandum təqdim edib. Biz sübut edirik ki, Rusiya Ukraynanı “soyqırımı”nda ittiham edərək öz hərbi təcavüzünə haqq qazandırmaqla Soyqırımı haqqında Konvensiyanı pozub”, – nazir deyib.
Kuleba vurğulayıb ki, bu, Rusiyanı məsuliyyətə cəlb etmək və Ukraynaya dəymiş ziyanı ödəmək üçün mühüm addımdır.