13 C
Baku
Tuesday, May 7, 2024

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib.

Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 725 tankı, 1923 zirehli döyüş maşını, 347 artilleriya sistemi, 111 reaktiv yaylım atəş sistemi, 55 havadan müdafiə sistemi, 154 hərbi təyyarəsi, 137 helikopteri, 1387 avtomobil texnikası, 7 gəmi/kateri, 76 yanacaq çəni, 119 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 25 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 19 500 canlı qüvvəsini itirdiyini bəyan edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər