23 C
Baku
Monday, April 15, 2024

Ukrayna Türkiyə şirkətini müharibənin beynəlxalq sponsorları siyahısına daxil edib

Ukrayna Türkiyə şirkətini müharibənin beynəlxalq sponsorları siyahısına daxil edib.

Bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyinin saytında məlumat verilib.

Bildirilib ki, Rusiya ilə işini davam etdirən və öz sahəsində Rusiya Federasiyasının ən böyük ixracatçısı olaraq qalan Türkiyənin “Şişecam Qrupu”nu müharibənin beynəlxalq sponsorları siyahısına daxil edilib.

“Rusiyada “Şişecam” şirkətinin şüşə qablar və şüşə məmulatları istehsalının ümumi həcmi ildə 1.5 milyon tonu, investisiyaların ümumi həcmi isə 1.25 milyard dolları ötür. Şirkət Rusiyadakı müəssisələrində 3414 işçini işlə təmin edir və bununla da iş yerləri yaradaraq terror dövlətinin iqtisadiyyatını dəstəkləyir. Xüsusilə, “Şişecam Qrupu”nun şüşə, şüşə qablar və şüşə məmulatlar istehsal edən törəmə şirkətləri 2022-ci il üçün Rusiya Federasiyasında 11.2 milyon dollardan çox vergi ödəyib”, – məlumatda qeyd olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər