19 C
Baku
Tuesday, April 16, 2024

Ukrayna və Rusiya XİN başçıları BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcəklər

Rusiya və Ukraynanın xarici işlər nazirləri sentyabrın 22-də keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasına dəvət olunublar.

Bunu Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolas de Rivyer bildirib.

O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının sentyabrın 22-də Ukrayna üzrə iclası nazirlər səviyyəsində keçiriləcək.

Rivyer bildirib ki, tədbirə Rusiya və Ukraynanın xarici işlər nazirləri dəvət olunub.

“Cümə axşamı, sentyabrın 22-də Fransanın xarici işlər naziri Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər iclasını keçirəcək”, – Rivyer deyib.

Onun sözlərinə görə, bu görüş “Ukrayna ətrafında vəziyyətin bütün parametrlərinə” təsir edəcək.

Fransanın daimi nümayəndəsi əlavə edib ki, BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin bütün xarici işlər nazirləri dəvət olunacaq.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər