Ukrayna və İsveç təhlükəsizlik zəmanətləri ilə bağlı razılıq üçün danışıqlara başlayır.
Bu barədə Ukraynanın xarici işlər naziri Dimitri Kuleba “X” hesabında paylaşım edib.
Ukraynanın baş diplomatı bildirib ki, bu barədə isveçli həmkarı Tobias Billströmlə bu barədə danışıqlarda razılıq əldə olunub.
“Söhbət zamanı Tobias Billström və mən G7 Vilnüs Bəyannaməsinə uyğun olaraq təhlükəsizlik zəmanətləri üzrə Ukrayna-İsveç sazişi üzrə danışıqlarına başlamaq barədə razılığa gəldik”, – nazir yazıb.
Nazir əlavə edib ki, o, isveçli həmkarı ilə Ukraynanın Avropa İttifaqına daxil olmasını müzakirə edib.