-3 C
Baku
Sunday, December 15, 2024

Ukrayna vəd olunan 3 milyard avronu gələn ilin əvvəlində alacağını gözləyir

Ukrayna Avropa İttifaqının (Aİ) vəd etdiyi 3 milyard avroluq makromaliyyə yardımını gələn ilin yanvar ayında ala bilər. Vəsaitlər 2023-cü il üçün 18 milyard avroluq paketin bir hissəsi olacaq.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal və Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskisin iştirakı ilə keçirilən brifinqdə bildirilib.

D.Şmıqal vurğulayıb ki, Ukrayna üçün vəsaitin ilin əvvəlində, büdcənin doldurulmasında problemlər yaranan zaman alınması son dərəcə vacibdir.

“Artıq gələn həftə Ukrayna builki yardımdan 2,5 milyard avro alacaq, buna görə Avropa Komissiyasına minnətdarıq. Dekabrda daha yarım milyard avro gözləyirik və bununla bu il üçün alacaqlarımız bitəcək. Razılaşdıq ki, bu ilin 3 milyardlıq yardımı gələn ilin 18 milyardlıq yardımına daxil edilir. Bizim üçün bu vəsaiti yanvarda – büdcəni doldurmağın çətin olduğu dövrdə almaq çox vacibdir”, – o bildirib.

Avropa Komissiyasının vitse-prezidenti V.Dombrovskis Ukrayna Baş nazirinin sözlərini təsdiqləyib və makromaliyyə yardım proqramında müəyyən şərtlərin nəzərdə tutulacağını vurğulayıb. Söhbət, o cümlədən səmərəli idarəçiliyin gücləndirilməsindən, eləcə də korrupsiyaya qarşı mübarizədən gedir.

Son xəbərlər
Digər xəbərlər