14 C
Baku
Wednesday, April 17, 2024

Ukrayna XİN-i Rusiya ilə danışıqlardan imtina edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiya ilə danışıqlar yalnız Ukrayna döyüş meydanında qalib gəldikdən sonra mümkündür.

“Əvvəlcə cəbhədəki vəziyyəti dəyişək, sonra Rusiya ilə danışacağıq. Hamı başa düşür ki, danışıqlar birbaşa cəbhədəki vəziyyətlə bağlıdır. Mən bütün tərəfdaşlara səslənirəm: “Rusiya danışıqlar masasına döyüş meydanındakı məğlubiyyətdən sonra əyləşməlidir”, – deyə Kuleba söyləyib.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

Onun sözlərinə görə, Prezident Volodimir Zelenski bu məsələdə “prinsipial mövqeyə” sadiqdir. O, danışıqları istisna etmir, lakin hesab edir ki, Rusiyanın aqressiv davranışını nəzərə alsaq, bunun üçün heç bir əsas yoxdur.

Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynada hərbi əməliyyatlara başlayıb. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, xüsusi əməliyyatın məqsədləri Donbas əhalisini “Kiyev rejiminin soyqırımından”, habelə Ukraynanın “denasifikasiyası” və “demilitarizasiyası”ndan qorumaqdır.

Son xəbərlər
Digər xəbərlər