4 C
Baku
Sunday, December 4, 2022

Ukrayna XİN Xarkov və Sumıdakı tələbələrlə bağlı bəyanat yayıb

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Xarkov və Sumıdakı xarici tələbələrlə bağlı bəyanat yayıb.

Nazirlik Xarkov və Sumıda mülki əhalinin, o cümlədən əcnəbi tələbələrin ölkənin daha təhlükəsiz şəhərlərinə təxliyəsinin təşkili üçün Rusiyanı bu şəhərlərdə hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

“Rusiya Silahlı Qüvvələrinin yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutduğu və raket zərbələri endirdiyi üçün Hindistan, Pakistan, Çin və digər ölkələrdən o əraziləri tərk edə bilməyən tələbələr var.

Ukrayna hökuməti Rusiya atəşkəs öhdəliyi götürərsə, xarici tələbələrə Xarkov və Sumidən köçməyə kömək etməyə hazırdır. Rusiyanın bombardmanlarına və raket zərbələrinə məruz qalan şəhərlərdən evakuasiya təşkil etmək cəhdi son dərəcə təhlükəlidir”,-deyə məlumatda bildirilir.

Ukrayna XİN Hindistan, Pakistan, Çin və digər ölkələrin hökumətlərini tələbələrin evakuasiyası üçün təcili olaraq Moskvadan Ukraynanın digər şəhərlərinə humanitar dəhliz açılmasına icazə verməsini tələb etməyə çağırıb.

“Ukrayna hökuməti əcnəbi tələbələrə öz ölkələrinə təhlükəsiz qayıtması üçün bütün lazımi yardımı göstərməyə sadiqdir”, – deyə açıqlamada vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər
X