Ukraynanın Nikolayev vilayətinin Rusiya Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 2 nəfər ölüb.
Bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.
Məlumatda deyilir ki, səhər saatlarında Kutsurub yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 1978 və 1980-ci il təvəllüdlü kişi və qadın həlak olub.
Həmçinin əlavə olunub ki, 7 yaşlı uşaq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Əlavə olaraq 2 nəfərin yaralandığı da qeyd olunub.