13 C
Baku
Monday, April 15, 2024

Ukraynada azərbaycanlı prezidentliyə namizədliyini verib

Ukrayna Ali Radasının (parlament) keçmiş deputatı, ölkənin Fiskal Xidmətinin keçmiş rəisi, milliyətcə azərbaycanlı Roman Mikayıl oğlu Nəsirov ölkədə keçiriləcək növbəti perzident seçkilərində namizədliyini irəli sürüb.

Banker.az bildirir ki, R. Nəsirəv artıq sənədlərini Ukrayna Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

R. Nəsirovun reytinqi ölkədə yüksək qiymətləndirilmir. Buna səbəb onun son tutduğu vəzifədən (Fiskal Xidmətin rəisi) korrupsiya əməllərinə görə kənarlaşdırılması, buna görə həbs olunmasıdır.

roman nasirov
R. Nəsirov

Xatırladaq ki, əslən Azərbaycanın Goranboy rayonundan olan R. Nəsirov Ukraynada azərbaycanlıların diaspor və yaxud milli özfəaliyyətində iştirak etmir.

Qeyd edək ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb, seçkilər martın 31-də baş tutacaq. MSK artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

©Report

Son xəbərlər
Digər xəbərlər