29 C
Baku
Friday, June 14, 2024

Ukraynada “Bayraktar” zavodunun inşasına başlanılıb

Türkiyənin Baykar Machine şirkəti Ukraynada pilotsuz uçuş aparatları istehsal edəcək zavoduna inşasına başlayıb.

Bu barədə şirkətin icraçı direktoru Haluk Bayraktar “Sağ qayıt” fonduna müsahibəsində deyib.

“Ukraynadakı layihələrlə bağlı uzunmüddətli planlarımız var. Baytar burada bütün sistemləri istehsal edəcək fabrika, tədqiqat mərkəzi və qabaqcıl istehsal mərkəzinin tikintisinə başlayıb. Yalnız PUA-ların gövdəsi deyil, elektronikası, proqram təminatı və s. burada buraxmaq istəyirik”.

Haluk Bayraktar Ukraynadakı zavodda “Bayraktar TB2” VƏ “Bayratkar Akinci” ilə yanaşı, “Bayratkar Kızılelma” reaktiv hipersəs PUA-sı da istehsal etmək istədiklərini deyib.

Xatırladaq ki, Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynada “Bayraktar” zavodunun inşa olunacağı halda onun Rusiya qüvvələri tərəfindən demilitarizasiyaya məruz qalacağını açıqlamışdı.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər