8 C
Baku
Thursday, February 29, 2024

Ukraynada müharibədə ölən səfərbər edilmiş rusiyalı hərbçilərin sayı açıqlanıb

Ukraynadakı müharibədə qismən səfərbərlik başlayandan bəri artıq azı 538 səfərbər edilmiş rusiyalı ölüb.

Bu barədə “Mediazona” nəşri ilə birlikdə ölənləri sayan BBC məlumat yayıb.

Jurnalistlər vurğulayıblar ki, hesablama zamanı onlar yalnız açıq mənbələrdən – Rusiya KİV-in və regional hakimiyyət orqanlarının hesabatlarından əldə edilən təsdiqlənmiş məlumatlardan istifadə edirlər, buna görə də ölənlərin gerçək sayı daha çox ola bilər.

Donetsk vilayətinin Makeyevka şəhərində kazarmaya çevrilmiş peşə məktəbinin Yeni il ərəfəsində atəşə tutulması zamanı ölənlərlə bağlı məlumatlar bu rəqəmə daxil deyil, çünki onların adları hələ bəlli deyil və dağıntıların ayırd edilməsi hələ tamamlanmayıb. Rusiya Müdafiə Nazirliyi 63 nəfərin öldüyünü etiraf edib və bir çoxu itkin düşmüş hesab olunur. Teleqram kanalları hadisə şahidlərinə istinadən iddia edirlər ki, Makeyevkada ölənlərin sayı bir neçə yüzə çata bilər.

Son xəbərlər
Digər xəbərlər