27 C
Baku
Saturday, July 27, 2024

Ukraynada öldürülən rus hərbçilərin sayı 25 mini ötdü

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada verdiyi itkilərin sayı açıqlanıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, hərbi əməliyyatlar nəticəsində Rusiyanın 25 100 hərbçisi məhv edilib.

Bundan başqa, Rusiya ordusunun 1122 tankı, 2713 zirehli döyüş maşını, 509 artilleriya sistemi, 172 reaktiv yaylım atəş sistemi, 84 hava hücumundan müdafiə sistemi, 199 hərbi təyyarəsi, 155 helikopteri, 90 qanadlı raketi, 1934 ədəd nəqliyyat vasitəsi, 11 gəmi/kateri, 76 ədəd yanacaq çəni, 341 dron və 38 ədəd xüsusi texnikası vurulub.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər