3 C
Baku
Saturday, December 14, 2024

Ukraynada Rusiya və Belarusun aktivlərinə həbs qoyulub

Ukraynada Rusiya və Belarusun ümumi dəyəri 30 milyard qrivnadan (1 milyard dollardan çox) çox olan aktivlərinə həbs qoyulub. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bunu Ukraynanın İqtisadi Təhülkəsizlik Bürosunun direktoru Vadim Melnik deyib.

O qeyd edib ki, “onlar Ukraynaya məxsus olmalı və dövlətə fayda verməlidir”. Xüsusilə, söhbət titan tərkibli xammal hasil edən mədən və emal zavodlarının aktivlərindən gedir.

Eyni zamanda təxmini dəyəri 15 milyard qrivna (509 milyard dollardan çox) olan 17 800 vaqon müsadirə olunub.

Xatırladaq ki, bundan əvvəl Ukrayna hakimiyyəti rusiyalı iş adamı, 2Alfa-Bank”ın həmtəsisçisi Mixail Fridmanın aktivlərinə həbs qoyub. Söhbət Kipr şirkətlərinin “Alfa-Bank Ukrayna”da saxlanılan 420 milyon dollar dəyərində qiymətli kağızlarından gedir.

Son xəbərlər
Digər xəbərlər