“2022-ci ilin sentyabrından bəri Ukrayna ərazisində İranın 610 kamikadze dronu məhv edilib”.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk deyib.
O bildirib ki, bu müddət ərzində, həmçinin 650-dən çox qanadlı raket vurulub.
N. Oleşçukun sözlərinə görə, “Patriot” və SAMP/T-MAMBA hava hücumundan müdafiə sistemləri tezliklə Ukraynaya təhvil veriləcək.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-ə başlayıb.