7 C
Baku
Thursday, December 12, 2024

“Ukraynada xüsusi hərbi əməliyyatın statusunun dəyişdirilməsi barədə hələlik qərar qəbul edilməyib”

Rusiya ilə Qərb arasında Türkiyədə danışıqlar aparılmasına dair konkret qərar yoxdur.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

O, həmçinin Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla Astanada keçiriləcək Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsi çərçivəsində görüşəcəyini və bu məsələni müzakirə edəcəyini də istisna etməyib.

Kremlin sözçüsü Ukraynaya raket hücumları ilə bağlı sualları Müdafiə Nazirliyinə ünvanlanmağı tövsiyə edib. Eyni zamanda, o, Ukraynada xüsusi hərbi əməliyyatın statusunun dəyişdirilməsi barədə hələlik qərar qəbul edilmədiyini deyib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər