Ukraynadan çıxan qarğıdalı yüklü ilk ərzaq gəmisi Birgə Koordinasiya Mərkəzinin təftiş qrupu tərəfindən aparılan yoxlamadan sonra İstanbul sahillərindən Livana doğru yol alıb.
Yük gəmisini Türkiyə Sahil Mühafizəsinin kateri müşayiət edir.
Bosforu keçdikdən sonra “Razoni” adlı gəmi Mərmərə dənizinə girəcək, Çanaqqala boğazından keçəcək, daha sonra Egey və Aralıq dənizləri vasitəsilə marşrutun son nöqtəsi olan Livana çatacaq.