15 C
Baku
Saturday, May 18, 2024

Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Ukraynanın “Dnepr-1” futbol klubunun ev oyunlarını keçirdiyi “Dnepr-Arena” elektron ticarət sistemi vasitəsilə hərraca çıxarılıb.

Lotun başlanğıc qiyməti 113 milyon qrivendən (5 205 000 manat) bir qədər çoxdur.

Auksion 2023-cü il yanvarın 12-də baş tutacaq.

Qeyd edək ki, “Dnepr-Arena” 2008-ci ildə istifadəyə verilib. Ölkənin ən böyük stadionlarından olan arena 31 000 tamaşaçı tutumuna malikdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər