28 C
Baku
Saturday, July 27, 2024

Ukraynanın ən zəngin milyarderi sərvətinin 60%-dən çoxunu itirib

Ukraynalı iş adamı Rinat Axmetov ilin əvvəlindən sərvətinin 64%-ni itirib, lakin buna baxmayaraq, o, ölkənin ən varlı adamı olaraq qalır. Rinat Axmetovun sərvəti metallurgiya, energetika, kənd təsərrüfatı və media müəssisələrindəki aktivlərin itirilməsi səbəbindən 13.7 milyard dollardan 4.9 milyard dollara enib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Axmetovun sərvətinin kəskin azalması barədə “Forbes” məlumat yayıb. Jurnalistlərin fikrincə, “Metinvest”in kapitalının azalmasına Azovstal zavodunun və Mariupol İliç Dəmir-Polad Zavodunun itirilməsi təsir edib. 2021-ci ildə ölkənin ümumi polad istehsalının 40%-i (8.6 milyon tondan çox) onların payına düşüb.

2022-ci ilin iyulunda Ukrayna Televiziya və Radio üzrə Milli Şura “Media Group Axmetov”un lisenziyasını ləğv edib. Yayımını dayandıran kanallar arasında “Ukrayna”, “Ukrayna 24”, “Futbol” və s. olub. Beləliklə, Axmetov bütün aktivlərini dövlətə keçirərək media biznesini itirib. Onun sözlərinə görə, qanunla müəyyən edilmiş müddətdə onları satmaq mümkün olmayıb.

ОтветитьПереслать
Son xəbərlər
Digər xəbərlər