24 C
Baku
Çərşənbə, May 18, 2022

Ukraynanın aqrar siyasət naziri Azərbaycana səfər edəcək

Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Səfər yanvarın 30-da gözlənilir.

İki günlük nəzərdə tutulan rəsmi səfərdə bir sıra görüşlərin və müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenko aqrar sahədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər