6 C
Baku
Sunday, December 15, 2024

Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Göyçə gölündə boğulub

Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenko Göyçə gölündə boğulub.

Bu barədə Ermənistan FHN məlumat yayıb.

Qeyd olunub ki, növbətçi xilasedicilər sahildən 25 metr aralıda göldə bir nəfərin itdiyini görüblər.

Xilasedicilər həmin şəxsi sudan çıxarıblar. Təcili yardım gələndə onun öldüyünü təsdiqləyib.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər