9 C
Baku
Thursday, December 12, 2024

“Ukraynanın maliyyə sistemi dağılıb” – Volodin

“Ukrayna dövlət kimi mövcud olmaq xüsusiyyətini itirib”.

Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz rəsmi teleqram kanalında yazıb.

“Ukrayna NATO tərəfindən işğal edilib. Ölkə ABŞ-ın müstəmləkəsinə çevrilib. Kiyevə əmrlər Vaşinqtondan verilir və Ukrayna Silahlı Qüvvələri Pentaqon tərəfindən idarə olunur”, – deyə Volodin qeyd edib.

Onun sözlərinə görə, Kiyev rejimi ukraynalılar qarşısında sosial öhdəlikləri sərbəst şəkildə yerinə yetirmək iqtidarında deyil. O, Ukraynanın pensiya və əməkhaqlarını ödəmək üçün vəsaitlərə sahib olmadığını da deyib: “Ölkənin maliyyə sistemi dağılıb. Ukraynanın qaytarmalı olduğu 100 milyard dollardan çox borcu var”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər