2023-cü ilin yanvar-iyun aylarında Ukrayna 30.4 milyard dollarlıq idxal və 19.4 milyard dollarlıq ixrac əməliyyatı həyata keçirib. Beləliklə, ölkənin xarici ticarətində 11 milyard dollar defisit yaranıb.
Ukrayna Dövlət Gömrük İdarəsinin məlumatına görə, idxal olunan məhsulun 67 faizini (8.9 milyard dollar) maşın, avadanlıq və nəqliyyat vasitələri təşkil edib. Bundan başqa, ölkəyə 5.8 milyard dollarlıq yanacaq və enerji, 5.5 milyard dollarlıq kimya sənayesi məhsulu idxal olunub. Ukrayna əsas tədarükçüləri olan Çindən 4.7 milyard, Polşadan 3.2 milyard və Türkiyədən 2.4 milyard dollarlıq məhsul alıb.
Ukraynanın əsas ixracı isə ərzaq məhsulundan ibarət olub (11.7 milyard dollar). Kiyev, həmçinin 2.1 milyard dollarlıq metal və metal məmulatları və 1.6 milyard dollarlıq maşın və avadanlıq ixrac edib. Ukrayna əsas ixrac istiqamətləri olan Polşaya 2.7 milyard dollarlıq, Rumıniyaya 1.9 milyard dollarlıq, Çinə isə 1.6 milyard dollar mal göndərib.
2023-cü ilin ilk yarısında Çinlə Ukrayna arasında ticarət dövriyyəsi 31.2 faiz azalaraq 3.84 milyard dollara enib.