Avropa İttifaqı yeni makro-maliyyə layihəsi çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində kredit ayırmağa hazırdır.
Bu fikri Kiyevdə keçirdiyi mətbuat konfransında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini söyləyib.
Onun sözlərinə görə, Ukraynada iqtisadiyyatın inkişafı Avropa İttifaqının marağındadır. Bu yardım Ukrayna iqtisadiyyatının inkişafı və struktur islahatlarına ayrılacaq.
“Bu dəstək onu göstərir ki, Avropa İttifaqı ilə Ukrayna arasında dostluq sözdə yox, əməldədir”, – deyə F.Moqerini əlavə edib.