İran hakimiyyəti yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 təyyarəsinin vurulma anını çəkən şəxsi həbs edib.
Banker.az xəbər verir ki, bu haqda “Fars” informasiya agentliyinin məlumatlarına istinadən “Business Insider” məlumat yayıb.
Xatırladaq ki, Boeing-in vurulması videosu yanvarın 14-də yayımlanıb. Qəzada 176 nəfər həlak olub, hadisədən üç saat əvvəl İran ABŞ-ın İraqdakı bazalarına raketlə bir neçə zərbə endirib. İran hökuməti Boeing təyyarəsinin vurulmasını insan səhvi adlandırır: hərbçilər Ukrayna təyyarəsini düşmənə məxsus olan obyekt ilə səhv salıblar.