25 C
Baku
Saturday, July 27, 2024

“Umico”a yeni rəhbər təyin edildi

Competo MMC-nin baş icraçı direktoru İqor Bıçek 1 iyul 2024-cü il tarixindən etibarən hazırda tutduğu vəzifədən ayrılmaq qərarına gəlib. İqor “PAŞA Holding” MMC-yə 2018-ci ildə, MTBank-da karyerasını uğurla tamamladıqdan sonra qoşulub. O, Competo şirkətinin yarandığı gündən şirkətə rəhbərlik edib və müxtəlif məhsul kateqoriyalarında bazar lideri olaraq, şirkəti hazırkı uğur səviyyəsinə çatdırıb.

Competo MMC-nin yeni baş icraçı direktoruna gəlincə, bu vəzifəyə 1 iyul 2024-cü il tarixindən Rauf Qulaməliyev təyin olunacaq. Rauf Korporativ Maliyyə üzrə Magistr dərəcəsini bitirdikdən sonra 2015-ci ildə “PAŞA Holding” MMC-yə qoşulub və hazırda Ekosistemin İnkişafı bölməsinin rəhbəridir. O, Umico Bonus, Umico Market və m10 kimi məhsulların ərsəyə gəlməsində birbaşa iştirak edib və bu məhsulların uğurunda mühüm rol oynayıb. Bununla yanaşı, Rauf, Uklon, Trendyol və Bakikart ilə uğurlu tərəfdaşlıqları birbaşa olaraq idarə edib. Qeyd edək ki, Rauf həm də liderliyin inkişafı proqramı olan “Leading Lights”ın məzunudur.

Son xəbərlər
Digər xəbərlər