Bank “BTB” ASC Hüquq və təşkilati işlər departamenti, Ümumi şöbənin Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Ümumi şöbənin Aparıcı mütəxəssisi
İş barədə məlumat:
İclasların çağırılmasını təşkil edir, protokollarını aparır, qəbul olunmuş qərarların icrasına nəzarət edir;
Iclaslarda katibin funksiyalarını yerinə yetirir, qəbul edilmiş qərarları Bankın aidiyyəti strukturlara çatdırır;
Bankın korporativ idarəetmə standartlarının layihəsinin hazırlanmasında iştirak edir ;
Kargüzarlıq və sənəd dövriyyəsi barədə bankdaxili qaydaları işləyib hazırlayır, müvafiq təsdiqdən sonra onun icrasını təmin edir;
Iclasların gündəliyi, iclasların keçirilmə yeri və vaxtı barədə müraciətləri hazırlayır, keçirilməsi üzrə bütün təşkilati işləri həyata keçirir;
Bankın sənədlərinin kargüzarlıq qaydalarına uyğun hazırlanmasını, rəsmiləşdirilməsini və qeydə alınmasını təşkil edir.
Namizədə tələblər:
Ali təhsil;
Bank sahəsində iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmə qabiliyyəti;
Kompüter proqramları ilə işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 31 Iyul 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Ümumi şöbənin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.