10 C
Baku
Friday, December 13, 2024

“Ümumi yoluxanların 47 faizi Bakının payına düşür”

“Ümumi yoluxanların 47 faizi Bakının payına düşür”.

Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri bildirib ki, Yasamalda isə bu göstərici 17 faizdir.

O qeyd edib ki, ölkədə test aparılması imkanları 30 dəfədən çox artıb: “Bu günə 1.7 faiz müsbət nəticələrin payı testlərdə qeyd olunur. 220 mindən artıq test aparılıb və bu, 1 milyon əhaliyə 22 min təşkil edib”.

R.Bayramlı əlavə edib ki, 80 yaşın üzərində 2 faiz yoluxma halı olub: “Qadınlar arasında yoluxma 57 faizə yüksəlib. 80 yaş üzərində ölənlərin göstərici 11 faiz təşkil edib”.

Son xəbərlər
Digər xəbərlər