10 C
Baku
Friday, December 13, 2024

Unibank‌ ‌daha‌ ‌beş‌ ‌vətəndaşımızın‌ ‌şəxsi‌ ‌biznes‌ ‌yaratmaq‌ ‌arzusunu‌ ‌gerçəkləşdirdi‌ ‌ ‌

®Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Bu dəfə bank daha beş vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. Gəncə sakinləri Maxruq Mustafayeva və Qabil Rzayev, Xaçmaz şəhərində yaşayan  Nailə Hüseynova, Quba sakini Sakit Əmirbalayev və Bakı sakini Zaur Hacıyev özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandır. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.  

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Unibank-hər kəsin bankı!

03 sulutepe 02 gence 05 04 quba

Son xəbərlər
Digər xəbərlər