7 C
Baku
Sunday, December 15, 2024

“Unibank” 20 mln. manatlıq istiqraz buraxır

4 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 20 milyon manat olan istiqrazları listinqə daxil edilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

7 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 20 manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

45645654

Son xəbərlər
Digər xəbərlər